Lalə Məmmədova dəhşətli hadisədən danışdı: “Qəbir qaza bilmədilər“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Lalə Məmmədova dəhşətli hadisədən danışdı: “Qəbir qaza bilmədilər“ - Video

Şou

22 İyun 2021 15:10 1747


Əməkdar artist Lalə Məmmədova illər əvvəl başına gələn hadisədən danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Özəl” proqramının qonağı olan sənətçi oxuduğu “Yağış” mahnısının sözlərini eynilə yaşadığını etiraf edib:

 “Yağış” mahnısını mənə təqdim olunanda onun gözəlliyinə o qədər heyran oldum ki, heç sözlərinə diqqətlə fikir vermədim. Öz-özümə dedim ki, mütləq sabah studiyaya gedib bunu oxuyacam. Studiyada oxuyarkən sözlərinə diqqət yetirdim: Tənha qoca ağlayır, yağış kəsənə bənzəmir, torpaq əsir, məzar qərib yağdıqca içim dağılır. Bir mahnıda məzardan, tənha qocadan söhbət gedir”. Pepperoni pizza

Xanım sənətçi 24 saat sonra qayınatasının dünyasını dəyişdiyini deyib:

“Qayınanam tənha qoca kimi ağlayırdı. Yanvar ayı idi, güclü yağış da yağırdı. Eynilə mahnıda deyildiyi kimi yağırdı. Hətta o qədər çox yağırdı ki, məzarı belə qaza bilmədilər. Mən çökdüm. Birdən ayıldım ki, dünən mən bu günü oxuyurdum”.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!