Lalə Məmmədova ETİRAF ETDİ:  “Plastik əməliyyatların sayını itirmişəm“

saytların hazırlanması

Evə çatdırılma

Lalə Məmmədova ETİRAF ETDİ: “Plastik əməliyyatların sayını itirmişəm“

Şou

30 Avqust 2021 18:00 2470


"Plastik əməliyyatlarımın sayını itirmişəm. Başqaları kimi demirəm ki, oturdum, anadangəlmə dünya gözəli idim".

Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "Ziq-zaq" proqramında deyib. Müğənni etdirdiyi plastik əməliyyatlardan danışıb:

"Üzümdə təkcə burnuma müdaxilə etdirmişəm. Ana olmuşam, iki övlad dünyaya gətirmişəm. Səhnə adamıyam, nə cür olmalı idi? Elə qadınlar var ki, səhnə adamı deyil, amma özlərinə baxır. Şişirtməklə yox, kəsib-doğramaqla dəyişirəm. Bir şey varsa, gözümə görünürsə, kəsib yox edirəm. Bu mənim daxilimdir, oynanılası nəsə yoxdur". Marqarita pizza

L.Məmmədova sosial şəbəkədə yeni görünüşünün tənqid edilməsinə münasibət bildirib:

"İnsanları da anlayıram. Amma kiminsə burnu, qulağı xoşuma gəlməsə, yazmaram, niyə bu gündəsən. Gərək daşdan, divardan olasan ki, həmin sözlər sənə təsir etməsin. O qədər həyatları gözəl osun ki, girib mənə nəsə yazmağa vaxtı olmasın". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!