Lalə Şövkətin ölüm xəbərinə ailəsindən reaksiya

saytların hazırlanması

Evə çatdırılma

Lalə Şövkətin ölüm xəbərinə ailəsindən reaksiya

Siyasət

28 Fevral 2024 16:42 809


Tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət haqqında sosial şəbəkələrdə iddialar yayılıb. Belə ki, bəzi şəxslər tərəfindən onun dünyasını dəyişdiyi ilə bağlı paylaşımlar edilib. 

Modern.az məsələni aydınlaşdırmaq üçün Lalə Şövkətin oğlu Sidqi Şövkətlə əlaqə saxlayıb. 

Saytımıza açıqlamasında Sidqi Şövkət bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.  Dominos pizza

“Lalə Şövkətin dünyasını dəyişməsi ilə bağlı yayılan informasiyalar boş söhbətlərdir. Hazırda Lalə Şövkətin səhhətində hər şey normaldır”,- o deyib. 

Qeyd edək ki, Lalə Şövkət hazırda 73 yaşındadır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!