Latviya Seymi oktyabrın 10-dan Belarusla 3 sazişin fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qanunu yekun oxunuşla qəbul edib.
Yenisabah.az BNS-ə istinadla xəbər verir ki, söhbət iki ölkə arasında sərhədyanı rayonların sakinlərinin sadələşdirilmiş qarşılıqlı səfərləri haqqında sazişdən, gömrük məsələlərində qarşılıqlı yardım haqqında sazişdən və hava əlaqəsinin həyata keçirilməsinə dair sazişdən gedir.
Hazırda bu müqavilələrin ləğv edilməsinə və ya xitam verilməsinə imkan verəcək zəruri qanunvericilik dəyişikliklərinin başa çatdırılması üçün bununla bağlı işlər davam etdirilir. Dominos pizza
Telegram kanalımız