Latviya parlamenti gələn ilin əvvəlindən Rusiya qazının tədarükünün qadağan edilməsini nəzərdə tutan “Energetika haqqında” qanuna edilən dəyişiklikləri təsdiqləyib.
Yenisabah.az “Delfi”yə istinadla xəbər verir ki, parlamentin “Mühafizəkarlar” koalisiya partiyasının deputatları Rusiya qazının nəqlini qadağan etmək təşəbbüsü ilə çıxış ediblər. Söhbət tam qadağadan öncə Aİ ölkələri ilə razılaşaraq, hələlik qismən qadağadan gedir.
Qeyd edək ki, belə bir qərar Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata görə verilib. pizza sifarişi
Telegram kanalımız