Latviya hakimiyyəti viza və ya yaşayış hüququ verilərkən vətəndaşları daha ciddi yoxlanılacaq ölkələrin siyahısına yenidən baxıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Lativya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Siyahıya Belarus, Kamerun və Rusiyanın da daxil edilməsi təklif edilib. Dördpendirli pizza
“İndi yeni siyahıya əsasən, harada qeydiyyatda olmasından asılı olmayaraq, Rusiya və Belarus vətəndaşlarına qarşı yoxlamalar daha sərt olacaq”, - deyə DİN nümayəndəsi əlavə edib.
Qeyd edək ki, hazırda Latviya hakimiyyəti Rusiya vətəndaşlarının viza müraciətlərini qəbul etmir. Mühafizə üçün humanitar vizaya ehtiyacı olanlar isə istisna təşkil edir.
Telegram kanalımız