Latviyada 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Latviyada 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirildi

Siyasət

26 Sentyabr 2026 15:31 105


25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr – Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Yeni Sabah" xəbər verir ki, tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə Azərbaycanın Latviyadakı səfiri Nərminə Mustafayeva açıb. O, altı il bundan öncə, 27 sentyabr 2020-ci il tarixində, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladığını və bunun 44 günlük Vətən müharibəsinin başlanğıcı olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə hər il sentyabrın 27-nin Anım Günü kimi qeyd olunduğunu bildirib. Toyuqlu pizza

Səfir torpaqlarımızın erməni işğalından azad olunmasında fədakarlıq göstərmiş qəhrəman şəhidlərimizin əziz xatirəsinin Azərbaycan xalqının qəlbində daim yaşayacağını ifadə edib. 

N.Mustafayeva bildirib ki, Vətəndən uzaqda yaşayan azərbaycanlılar dövlətimizin həqiqətlərini yaşatmalı, milli yaddaşımızı qorumalı və gələcək nəsillərə ötürməlidirlər. O, həmçinin şəhidlərimizin bizə əmanət qoyduğu vətən sevgisini və birlik ruhunu hər zaman uca tutmağın vacibliyini vurğulayıb.

Daha sonra Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin caz bölməsinin rəhbəri, tanınmış akkordeon ifaçısı, həmyerlimiz Rüstəm Bağırov, ifaçı Leyla Əliyeva və latviyalı musiqiçilər Azərbaycan xalq və bəstəkar kompozisiyalarından ibarət musiqi proqramını təqdim ediblər.

Tədbir zamanı həmçinin səfirlikdə Vətən müharibəsini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.

Tədbirdə Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!