"Ankara Ukraynadakı vəziyyətlə bağlı danışıqlarda vasitəçi olmaq haqqında düşünürsə, o zaman Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu həftə Astanada görüşəcəklər, onların bunu müzakirə etmək imkanı olacaq, amma ümumilikdə, Moskva istənilən təklifləri dinləməyə hazırdır, lakin bu və ya digər prosesin nəticəyə gətirib çıxaracağını əvvəlcədən söyləmək mümkün deyil".
Yenisabah.az xəbər verir ki, bunu “Rossiya 1” kanalının “60 dəqiqə” verilişində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Mənə aydındır ki, türk həmkarları bu barədə düşünsələr, o zaman bu həftə Astanada keçiriləcək tədbirlərdə bir yerdə olacaq prezidentlər Ərdoğan və Putinin görüşündə qarşımıza belə sualları qoymaq üçün böyük fürsət yaranacaq. Biz ictimai açıqlamalardan başqa heç nə eşitməmişik”, – Lavrov Türkiyənin vasitəçiliyi ilə Ukraynadakı vəziyyətlə bağlı mümkün danışıqlara dair sualı cavablandırarkən deyib. pizza hut
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri şikayətlənib: "İlk dəfə deyil ki, Rusiyanın tərəfdaşları hər hansı təşəbbüsü açıq şəkildə bəyan edir, buna diqqət çəkir və sonra digər ölkələrin reaksiyasına baxırlar".
Telegram kanalımız