Lavrov Türkiyəyə uğurlu seçkilər arzuladı

saytların hazırlanması

Evə çatdırılma

Lavrov Türkiyəyə uğurlu seçkilər arzuladı

Dünya

10 May 2023 12:52 535


"Türk vəzifədaşlarıma seçkilərin uğurlu keçməsini arzulayıram".

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O deyib: "Türk vəzifədaşlarıma seçkilərin uğurlu keçməsini arzulayıram. Bu seçkilər, bildiyim kimi, ölkə hüdudlarından kənarda artıq başlayıb. Əminəm ki, onlar dürüst, şəffaf olacaq və türk xalqına öz fikirlərini ifadə etmək imkanı verəcək. heç bir kənar müdaxilə olmadan olacaq". Pepperoni pizza

Lavrov Türkiyənin Rusiyanın “yaxşı qonşusu və mühüm tərəfdaşı” olduğunu vurğulayıb:

"Onun beynəlxalq və regional nüfuzunun son illərdə nə qədər artdığını görürük və Türkiyə ilə ikitərəfli əməkdaşlığımızı daha da genişləndirmək və gücləndirmək əzmindəyik".

Xatırladaq ki, Moskvada Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin dördtərəfli görüşünü açıb.

Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!