Lavrovdan erməni vəzifədaşına dəvət:  “Moskvaya gəlin“

saytların hazırlanması

Evə çatdırılma

Lavrovdan erməni vəzifədaşına dəvət: “Moskvaya gəlin“

Rəsmi

20 Avqust 2021 16:19 1062


"Sizi münasib vaxtda Moskvaya dəvət edirəm".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Ararat Mirzoyana Ermənistanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik mesajı göndərib.

"Hesab edirəm ki, regional problemlərin həllində Moskva ilə İrəvan arasında səmərəli əməkdaşlıq, çoxtərəfli platformalarda mövqelərin koordinasiyası və Avrasiya inteqrasiya layihələrinin davamlı həyata keçirilməsi münasibətlərimizin müttəfiq ruhunun və Rusiya-Ermənistan dostluğunun daha da möhkəmlənməsinə kömək edəcək", - deyə Lavrov qeyd edib.

Sonda o, Ararat Mirzoyanı Rusiyaya dəvət edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!