Lənkəranda 41 yaşlı qadın qətlə yetirildi - Həyat yoldaşı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda 41 yaşlı qadın qətlə yetirildi - Həyat yoldaşı saxlanıldı

Kriminal

18 Mart 2025 23:34 544


Lənkəranda 41 yaşlı qadın qətlə yetirilib.

Yenisabah.az "Report"a istinadən məlumat verir ki, hadisə gecə saatlarında Lənkəran şəhəri ərazisində baş verib.

Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Günel Allahverdi qızı Tahirova döş qəfəsinin divarının çoxsaylı yaraları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılsa da, çoxlu qan itirdiyindən əməliyyata alınıb. pizza hut

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, ailə münaqişəli kimi polis şöbəsində qeydiyyatda olub. Son baş vermiş hadisənin də ailə münaqişəsi zəminində baş verdiyi güman edilir. Hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı, 1979-cu il təvəllüdlü İman Rövşən oğlu Tahirov könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!