Lənkəranda “məmur ovu”: İcra başçısı Bakıya çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda “məmur ovu”: İcra başçısı Bakıya çağırıldı

Maraqlı

04 Oktyabr 2022 16:54 2023


Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. 

Əməliyyat zamanı saxlanılan şəxslərdən biri İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.

Elgün Abdullayevlə yanaşı bir neçə vəzifəli şəxs də saxlanılıb. pizza

Modern.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Taleh Qaraşov hazırda Lənkəranda deyil. Onun Bakıda olduğu deyilir. 

İcra başçısının həbslərlə bağlı Bakıya çağırıldığı ehtimal olunur. Lakin Baş Prokurorluqdan və hüquq-mühafizə orqanlarından bu barədə hələlik açıqlama verilməyib. 

İcra Hakimiyyətindəki həbslərlə əlaqədar Lənkəranın deputatları Rüfət Quliyev və Cavanşir Paşazadə ilə əlaqə saxlasaq da, onlar əməliyyatdan xəbərsiz olduqlarını bildiriblər.

Onu da bildirək ki, Taleh Qaraşov Lənkəran rayonuna 2012-ci ildə icra başçısı təyin edilib. Bundan öncə o, Kürdəmirin (1996–2002), Cəlilabadın (2002–2006), Neftçala (2006–2011) və Astara rayonlarının icra başçısı (2011–2012) vəzifəsində çalışıb. Qaraşovun adı mətbuatda dəfələrlə qalmaqallı hadisələrdə hallanıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Bir məmur bu qədər hakimiyyətdə qalarmı? Bu biabırçılıqdır. ONLARIN " döyüşən" oğulları maşın larını nümayiş etdirirlər kasıb BALALARI isə yaşamaq uğrunda mübarizə aparırlar, vətəni müdafiə edirlər.
    4 years ago
  • RAHİM
    ELƏ BİR İCRA BAŞÇISI VARMI Kİ KORRUPSİYAYA QURŞANMASIN? BİRİNCİ NÖVBƏDƏ ONLARI PREZİDENTƏ TƏQDİM EDƏNLƏR MƏSULİYYƏT DAŞIYIRLAR.
    4 years ago