Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - Təfərrüat -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - Təfərrüat - VİDEO

Kriminal

26 Sentyabr 2026 07:02 217


Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb. Onun atalığı tərəfindən döyüldüyü bildirilir.

"Yeni Sabah" Xəzər TV-yə istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 2023-cü il təvəllüdlü azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib.

Azyaşlının anası isə kamera qarşısında açıqlama verməsə də, iddia edib ki, uşağı oynayarkən yıxılaraq xəsarət alıb. İlkin araşdırmalarla məlum olub ki, 3 yaşlı uşaq atalığı tərəfindən döyülüb. Artıq aidiyyəti qurumlar hərəkətə keçib. Uşağın səhhəti və təhlükəsizliyi nəzarətə götürülüb. Pepperoni pizza

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, hazırda uşağın səhhəti stabildir. Onun döyülməsində şübhəli bilinən atalığı ilə bağlı rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə rayon icra hakimiyyəti tərəfindən qanunvericiliyə uyğun olaraq baxılır. Ananın psixoloji vəziyyəti ilə bağlı müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər və psixoloji dəstək tədbirləri həyata keçirilir.   

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!