Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürdü - Fotolar
29 İyn 2021 19:08
498

Lənkəranda xadiməni elektrik cərəyanı vuraraq öldürdü - Fotolar

Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

Yenisabah.az xəbər verir ki, Lənkəran Şəhər Mənzil-Kommunal Təsərrüfatı İdarəsində müqavilə əsasında xadimə işləyən Kifayət Bayram qızı Quliyevanı elektrik cərəyanı vurub.

Hadisə Zərifə Əliyeva küçəsi 75/1-2 ünvanında yerləşən yaşayış binasının həyətindəki 1600 kVt-lıq elektrik yarımstansiyasında qeydə alınıb.

Məlumata görə, Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü Kifayət Quliyeva paltarını dəyişmək üçün yarımstansiyaya daxil olub və bu zamanı onu elektrik cərəyanı vurub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

/Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər