Lətifə: Meyxananı böyük səhnəyə atam gətirib

saytların hazırlanması

Evə çatdırılma

Lətifə: Meyxananı böyük səhnəyə atam gətirib

Şou

19 Aprel 2024 13:55 902


Lətifə Soyuöz mərhum atası Akif Fətəliyevin meyxananın böyük səhnəyə çıxmasına dəstək olduğunu bildirib.

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan müğənni əlavə edib:

"Meyxana janrına qarşı xüsusi hissim var. Atam Akif Fətəliyev sovet dövründə teatrın baş direktoru olub. O vaxt meyxananın böyük səhnəyə çıxması qadağan idi. Atam bunun üçün Moskvaya yola düşüb, orada mədəniyyət naziri ilə görüşüb və mübahisə də edib. Deyib ki, nə üçün sizdə "Частушка" oxumaq olar, bizdə meyxananı səhnədə səsləndirmək olmaz. Bu da bizim folklorumuzdur. Meyxananın böyük səhnəyə çıxmasının ilk icazəsini atam alıb. Ondan sonra ilk dəfə Nizami Rəmzinin filarmoniyada konserti təşkil edilib. Bütün zal dolub və hətta insanlar pəncərələri sındırıb içəri girmək istəyirmiş". pizza

Lətifə əlavə edib ki, onun da səhnəyə gəlməsində mərhum atasının rolu böyük olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!