Leyla Əliyeva “Jara” filminin qalasında - Fotolar

Leyla Əliyeva “Jara” filminin qalasında - Fotolar
Sent 6, 2019 14:34
Oxunma sayı: 82

Ötən gün Bakıda “Jara” romantik komediya filminin premyerası keçirilib.

"Yeni Sabah" xəbər verir ki, qala gecəsi Heydər Əliyev Mərkəzində baş tutub.

Gecədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov iştirak edib. Bundan əlavə, qala gecəsinə Xalq artistləri Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, Rusiyanın tanınmış aparıcısı Yuliya Baranovskaya və başqa ulduzlar da qatılıb. 

Filmin çəkilişləri “Jara” beynəlxalq musiqi festivalı çərçivəsində ötən ilin iyul ayında Bakıda baş tutub. Çəkilişlərdə Filip Kirkorov, Nikolay Baskov, Qriqoriy Leps, Ani Lorak, EMİN, Valeriya, İosif Priqojin, Timati, Yeqor Krid və başqaları iştirak ediblər.

Yenisabah.az