Leyla Əliyeva ulu öndər Heydər Əliyev ilə bağlı paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva ulu öndər Heydər Əliyev ilə bağlı paylaşım etdi

Siyasət

10 May 2026 12:53 104


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva rəsmi İnstaqram hesabında Ümumilli lider, ulu öndər Heydər Əliyev ilə bağlı paylaşım edib. 

“Yeni Sabah” həmin paylaşımı təqdim edir:

“Məni onda ən çox heyran edən xüsusiyyət sarsılmaz özünə hakimiyyəti, sakitliyi, zərrə qədər belə həyəcan keçirməməsi və heç bir təlaşa qapılmaması idi. Həmçinin onun hər yaxşı şeyə olan inamı, insanları anlayabilmək bacarığı... Məhz bu anlayışdan insanlara olan sevgisi və ən yaxşı olmayan insanlara belə həssas, qayğıkeş münasibəti doğurdu. Dördpendirli pizza

Babamın o qədər güclü aurası var idi ki, insanlar onun qarşısında özlərini itirirdilər, hətta ən özünəinamlı olanlar belə. O bunu hiss edir və bir təbəssüm və ya zarafatla insanlara həmin narahat vəziyyətdən çıxmağa kömək edirdi”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!