Taylandın paytaxtı Bangkokda yağan aramız yağışlar şəhər həyatını iflic edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, güclü leysan səbəbindən şəhərin 50 zonasında fövqəladə vəziyyət rejimi tətbiq edilib. pizza mizza
Minlərlə sakin təhlükəsiz ərazilərə təxliyə edilməsi istiqamətində iş aparılır. Bir çox bölgədə suyun səviyyəsinin kritik həddi keçməsindən dolayı 200-dən çox müvəqqəti sığınacaqlar yaradılıb.
Mənbələrin məlumatına görə, təbii fəlakət nəticəsində 8 nəfər həyatını itirib.
Ümumilikdə isə, 545 mindən çox insan yağışlardan zərər görüb.\Axar.az
Telegram kanalımız