Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Sosial

11 Oktyabr 2023 09:54 275


Oktyabrın 11-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Yeni Sabah"a verilən məlumata görə, Şahdağda sulu qar yağıb. 

Düşən yağıntının miqdarı Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə 11 mm, Naxçıvanda 10 mm, Yardımlıda 9 mm, Ordubadda 8 mm, İsmayıllı, Biləsuvar, Gədəbəydə 7 mm, Qax, Qəbələ, Balakən, Şahdağ, Oğuz, Şərur, Neftçala, Daşkəsən, Gəncə, Şəmkir, Şəki, Zaqatala, Şahbuz, Tovuz, Ağstafa, Tərtər, Şirvan, Qobustan, Naftalan, Culfa, Göyçay, Beyləqan, Kürdəmir, Quba, Şamaxı, Altıağac, Ceyrançöl, Göygöl, Qrız, Xaltan, Bərdə, Ağsu, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Qusar, Sədərəkdə 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.  Toyuqlu pizza

Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabr ayının 12-si gündüzədək davam edəcək. 13-14-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!