Özünü polkovnik kimi qələmə verərək vətəndaşları aldadıb - ŞİKAYƏT

saytların hazırlanması

Evə çatdırılma

Özünü polkovnik kimi qələmə verərək vətəndaşları aldadıb - ŞİKAYƏT

Kriminal

16 Sentyabr 2026 14:28 224


Sosial şəbəkələrdə keçmiş xüsusi dövlət qulluqçusu, hal-hazırda təqaüddə olan Ceyhun Hüseynovun vətəndaşlara karşı külli miqdarda dələduzluq etməsi ilə bağlı ciddi ittihamlar yayılıb.

“Yeni Sabah” xəbər verir ki, zərərçəkən Nadir Əliyevin “Milli dələduzlar” qrupunda verdiyi məlumata görə, polkovnik-leytenant rütbəsi ilə tərxis olunmuş C.Hüseynov özünü polkovnik kimi təqdim edərək işlədiyi qurumun və vəzifəli şəxslərin adından sui-istifadə edib.

İddialara əsasən, o, vətəndaşları iş qurmaq, borc almaq və müxtəlif vədlərlə aldadaraq külli miqdarda vəsaitini mənimsəyib. Toyuqlu pizza

Paylaşılan məlumatda vurğulanır ki, C.Hüseynov pulunu geri tələb edən şəxslərə və onların ailələrinə hədə-qorxu gələrək təzyiq göstərib. Şikayətçinin sözlərinə görə, zərərçəkənlərin sayı az deyil və dələduzluqda ittiham olunan şəxs artıq 5 aydan çoxdur ki, ölkəni tərk edərək Moskvaya qaçıb.

Faktla bağlı rəsmi dövlət qurumlarına məlumat verildiyi bildirilir. Zərərçəkənlər Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edərək məsələnin hərtərəfli araşdırılmasını, şəxsin beynəlxalq axtarışa verilərək ölkəyə gətirilməsini və qanun qarşısında cavab verməsini tələb edirlər.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!