LGBTİ-yə dəstək verən müğənninin konserti ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

LGBTİ-yə dəstək verən müğənninin konserti ləğv olundu

Şou

20 Sentyabr 2022 17:51 1487


Sosial media hesabından LGBTİ əleyhinə yürüşə qarşı post paylaşan müğənni Aleyna Tilkinin konserti ləğv edilib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Osmancık Bələdiyyəsi, Aleyna Tilkinin 24 Sentyabr şənbə günü 2022 İncəsənət Festivalı çərçivəsində keçiriləcək konsertinin ləğv edildiyini açıqlayıb:

“Şəhərimiz zəngin tarixə və sivilizasiyaya malik mədəniyyət şəhəridir. Osmancıklılar sənətə, sənətçiyə böyük dəyər verirlər. Lakin müğənni Aleyna Tilkinin 17.09.2022-ci il tarixində işlətdiyi ifadələr və sosial şəbəkələrdə mədəni irsimizə sığmayan açıqlamalar xalqımız tərəfindən üzüntü və qəzəblə qarşılanıb. Bununla əlaqədar sentyabrın 24-ü keçirilməsi nəzərdə tutulan konsert bu gündən etibarən ləğv edilib”.  Toyuqlu pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!