Lider TV-nin efirində biabırçılıq: Aparıcı görün nə etdi?   - Video

saytların hazırlanması

Evə çatdırılma

Lider TV-nin efirində biabırçılıq: Aparıcı görün nə etdi? - Video

Şou

23 Sentyabr 2019 16:13 4518


Lider TV-nın efirində biabırçı səhv buraxılıb.

"Yeni Sabah" "baku.ws"ə istinadən xəbər verir ki, "Gecənin sehrində" adlı verilişin br hissəsi bu il 650 illik yubileyi qeyd edilən dahi İmadəddin Nəsimiyə həsr olunub.

Verilişin qonaqlarından - Rəşad Sultan adlı həkim Nəsiminin məşhur "Ağrımaz" qəzəlindən bir parça söyləyib. Bunun ardınca isə Həsən Seyidbəylinin rejissoru olduğu "Nəsimi" filmindən kadrlar yayımlanıb. Toyuqlu pizza

Aparıcı Dilşad Əhmədova ardıcıl iki böyük səhvə yol verib.

Əvvəlcə filmdən verilən kadrları verilişin rejissorunun hazırladığı süjet kimi təqdim edib. Aparıcı savadsız təqdimatının ardınca daha bir bağışlanılmaz səhv edib. Həkimin efirdə səsləndirdiyi Nəsiminin "Ağrımaz" qəzəlinin onun özünün yazdığını qeyd edib. Yəni həkimi qəzəlin müəllifi kimi təqdim edib.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!