“Liderlərinin birbaşa dialoqu davamlı sülhün açarıdır“ - Prays

saytların hazırlanması

Evə çatdırılma

“Liderlərinin birbaşa dialoqu davamlı sülhün açarıdır“ - Prays

Dünya

26 Oktyabr 2022 10:58 939


“Azərbaycan və Ermənistan liderləri arasında birbaşa dialoq davamlı sülhə nail olmağın açarıdır”.

Yenisabah.az Report-a xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

O, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvətini şərh edərkən deyib. pizza

N.Prays ABŞ-ın əvvəlki kimi, rəsmi Bakı ilə İrəvan arasında sülh danışıqlarını dəstəklədiyini vurğulayıb:

"Biz hər iki lideri onlara uyğun istənilən formatda görüşməyə çağırmışıq. Hesab edirik ki, problemləri həll etməyin və davamlı sülhə nail olmağın açarı birbaşa dialoqdadır. Məhz buna görə də dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini sentyabr ayında Nyu-Yorkda bir araya gətirmişdi”.

Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, son nəticədə davamlı sülh səyləri baxımından Prezident Putinin dəvətinin faydalı olub-olmayacağına məhz Azərbaycan və Ermənistan qərar verməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!