Liviya Baş Qərargah rəisinin öldüyü təyyarə qəzası ilə bağlı yeni   DETALLAR

saytların hazırlanması

Evə çatdırılma

Liviya Baş Qərargah rəisinin öldüyü təyyarə qəzası ilə bağlı yeni DETALLAR

Dünya

25 Dekabr 2025 11:16 368


Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin də daxil olduğu 8 nəfərin olduğu təyyarənin qəzası “kaza-kırım” (təyyarənin tam sıradan çıxması və ağır dağıntı ilə nəticələnən aviasiya qəzası) kimi qiymətləndirilib.

“Yeni Sabah” xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabında yazıb ki, Malta Mülki Aviasiyasına qeydiyyatda olan, 9H-DFS bort nömrəli Falcon 50 təyyarəsi 23 dekabrda yerli vaxtla saat 20:17-də Ankara Esenboğa Hava Limanından Trablus Mitiga Hava Limanına uçmaq üçün havaya qalxıb.

Təyyarə uçuş zamanı PAN-PAN siqnalı ötürərək texniki nasazlıq və elektrik problemi barədə məlumat verib, daha sonra 7700 fövqəladə vəziyyət kodu aktivləşdirilib.

Saat 20:38-də radar ekranından tamamilə itən təyyarənin Ankaranın Haymana rayonunun Kesikkavak kəndi yaxınlığında düşdüyü təsdiqlənib. Hadisə yerində kabin səs yazıcısı (CVR) və uçuş məlumatları qeydiyyat cihazı (FDR) tapılıb. Təyyarənin qəzaya uğrama səbəbinin obyektiv şəkildə müəyyən edilməsi üçün qeydiyyat cihazlarının neytral ölkədə araşdırılacağı bildirilib.

İlhamə Qasımlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!