Lukaşenko hansı xəstəliyə tutulduğunu açıqladı – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Lukaşenko hansı xəstəliyə tutulduğunu açıqladı – VİDEO

Dünya

24 May 2023 07:55 1143


Belarus prezidenti Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.

O, adenovirusa tutulduğunu və ölmək fikrində olmadığını bəyan edib.

Bu barədə Belarus lideri səhiyyə məsələlərinə həsr olunmuş hökumət iclasda məlumat verib. pizza mizza

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Bu adenovirus idi”, - Lukaşenko bildirib.

Belarus prezidentinin sözlərinə görə, onun xəstəliyi gərgin iş qrafiki ilə bağlı olub və bu da ona müalicə olunmaq imkanı verməyib.

“Ona görə də mən ölməyəcəm, uşaqlar. Siz hələ çox uzun müddət mənimlə birlikdə əziyyət çəkəcəksiniz”, - deyə Belarus lideri yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!