"Lukoil" neft şirkətinin direktorlar şurasının sədri Ravil Maqanov Moskvada Mərkəzi Klinik Xəstəxananın (TsKB) pəncərəsindən yıxılaraq ölüb.
Yenisabah.az "İnterfaks"a istinadla xəbər verir ki, hadisə bu gün, səhər saatlarında baş verib. Maqanov Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda hadisə yerindədir. Dominos pizza
Maqanov 1980-ci illərdə sonradan "Lukoil"-a daxil olan Langepasneftegaz-da işləyib. Səhmdar cəmiyyət yaranandan o, "Lukoil"da rəhbər vəzifələrdə çalışıb. O, 2020-ci ildə neft şirkətinin direktorlar şurasının sədri Valeri Qrayferin ölümündən sonra idarə heyətinə rəhbərlik edib və idarə heyətini tərk edib.
Telegram kanalımız