“Lütfən dedi-qodulara inanmayın” - Cavanşir Quliyev

saytların hazırlanması

Evə çatdırılma

“Lütfən dedi-qodulara inanmayın” - Cavanşir Quliyev

Mədəniyyət

20 Fevral 2024 23:08 4504


“Hazırda yaxşıyam, demək olar əvvəlki vəziyyətə dönmüşəm. Bu müddət ərzində üç əməliyyat keçirdim, ürək, beyin və qarın boşluğunda əməliyyat oldum”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondu tərəfindən Türkiyədə müalicə olunan Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Real TV-yə müsahibəsində deyib.

Bəstəkar Heydər Əliyev Fonduna və fondun Prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya ona göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlığını ifadə edib: “Burada əsas yardımın vaxtında edilməsi idi. Bu çətin vaxtda mənə dəstək olanlara minnətdaram”. Marqarita pizza

Yaxın günlərdə müalicəsini bitirərək Bakıya dönəcəyini və fəaliyyəti ilə bağlı planlarının olduğunu bildirən C.Quliyev səhhəti barədə yayılan yalan informasiyalara da münasibət bildirib:

“Lütfən dedi-qodulara inanmayın. Xüsusən də insanların sağlamlığı ilə. Rəsmi xəbər hardasa var, yəni olmaya bilməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!