Macarıstan parlamenti baş naziri Viktor Orbanın partiyasının mövqeyinə görə İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib.
Yenisabah.az xəbər verir ki, "FİDES - Macarıstan Vətəndaş Birliyi" partiyası boykot elan edib və müxalifətin təşkil etdiyi növbədənkənar toplantıya qatılmayıb.
Hazırda Macarıstan parlamenti yay tətilindədir və rəsmi olaraq yalnız 25 sentyabrdan işə başlayacaq. Bu səbəbdən İsveçin NATO-ya üzvlüyünün bu tarixdən əvvəl ratifikasiya olunacağı gözlənilmir. Dominos pizza
Telegram kanalımız