Türkiyəli müğənni Demet Akalın özünə yeni biznes qurub.
Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni həyat yoldaşı Okan Kurt ilə İstanbulun Anadoluhasarı rayonunda restoran açıb. Cütlük yeni açdıqları restoranı qızları Hiranın adına uyğun "Hira Han" adlandırıblar.
Xatırladaq ki, bir neçə gün öncə Demet Akalın koronavirusa görə hər yerin bağlı olduğunu və maddi cəhətdən əziyyət çəkdiyini deyərək şikayətlənmişdi. pizza mizza
Qeyd edək ki, cütlüyün yeni restoranında daha çox Qaziantep bölgəsinin yeməkləri müştərilərə təqdim olunacaq.
Telegram kanalımız