Magistraturaya ixtisas seçimi bu gün başa çatır

saytların hazırlanması

Evə çatdırılma

Magistraturaya ixtisas seçimi bu gün başa çatır

Sosial

18 İyun 2019 07:44 1193


Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul olmaq istəyən bakalavrlara müraciət edib.  

Mərkəzdən "Yeni Sabah"a bildirilib ki, 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün saat 23.59-da başa catacaq.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunub ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər. Toyuqlu pizza

Müsabiqəyə yalnız 18 iyun saat 23.59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!