“Aparıcı Zaur Baxşəliyev və onun “Bizimləsən” verilişi mənə çox yardımçı oldu. Hepatoloq Fərrux Nağıyev məni müayinə etdi. Daha sonra dərmanlarıma kimi özü aldı".
Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bunu meyxanaçı Mahir Cürət deyib.
O əlavə edib: "Bütün dərmanları içdim, iynələri və sistemləri isə mənə köçürtdülər. Bu müalicələrdən sonra özümü daha yaxşı hiss etdim. Onlara minnətdarlığımı bildirirəm”. Sezar pizza
Söz ustadı bildirib ki, pis vərdişlərindən tamamilə azad olmaq üçün Mərdəkanda yerləşən “Şəfəq” reabilitasiya mərkəzində müalicələr alır:
“Davamlı müalicələr almalıyam ki, səhhətim pisləşməsin. Məsləhət olundu ki, narkomaniya və alkoqolizmdən müalicə edilən “Şəfəq” adlı reabilitasiya mərkəzinə gedim və orada bir müddət qalım. Oraya getdinsə, hər dəfə oranı tərk etməyə icazə yoxdur.
O ərəfədə isə qızım həyat yoldaşı ilə Türkiyəyə köçməli idi. Elə oldu ki, başım qızımın işlərinə qarışdı. Onları yolladım Türkiyəyə, sonra qayıtdım reabilitasiya mərkəzinə. Orada ancaq reabilitasiya işləri görülür.
Amma mənə müalicə almaq lazımdır. Həm də anamdan uzaq qala bilmirəm. 75 yaşı var. Ağır şəkər xəstəsidir. Ondan nigaran qalıram. Reabilitasiya mərkəzində 2 gün qaldım, sonra məcburiyyət qarşısında qalıb yenidən günorta saatlarında oğlum gəlib, evə məni gətirdi. Hazırda evdəyəm, müalicə alıram.
Mən artıq bir ildən çoxdur ki, narkotik qəbul etmirəm. Reabilitasiya mərkəzinə getməyimin səbəbi isə məhz bununla əlaqədardır. Orada verilən xüsusi preparatlar və edilən müalicələr sayəsində bədən o aslılıqdan tamamilə uzaqlaşır. Özünü daha gümrah, daha yaxşı hiss edirsən. Mərkəzlə gün ərzində danışıb yenidən ora qayıdacağam”.
Telegram kanalımız