“Mahir komandaya və məşqçilərı qarşı dürüst deyildi”- Bartoş Kapusta

saytların hazırlanması

Evə çatdırılma

“Mahir komandaya və məşqçilərı qarşı dürüst deyildi”- Bartoş Kapusta

İdman

05 Fevral 2022 13:23 857


“Legiya”nın yarımmüdafiəçisi Bartoş Kapustka Mahir Emrelinin komandadan ayrılmasına münasibət bildirib.

Yenisabah.az apasport-a istinadla xəbər verir ki, 26 yaşlı orta sahə oyunçusu Zaqreb “Dinamo”suna keçən sabiq komanda yoldaşını günahlandırıb:

“Mahir özünü pis hiss edə bilərdi, başı lazım olduğu kimi işləmədi. Emreli “Legiya”dakı macərasının əvvəlində qol vura biləcəyini sübut etdi. Ancaq onun komandaya və məşqçilər korpusuna münasibətində ünsiyyət və dürüstlük yox idi. İlin sonunda Mahirlə bağlı başqa məlumatlar aldıq. Tətilə gedəndə vəziyyət dəyişdi. Mənim onunla əlaqəm olmayıb”. pizza

Qeyd edək ki, “Legiya”da olarkən yerli azarkeşlərin hücumuna məruz qalan Mahir Emreli bu üzdən Varşava klubuna qayıtmaqdan imtina edib. Daha sonra o, Xorvatiya təmsilçisi “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!