Şimali Makedoniya Respublikası hökuməti yaxın günlərdə ölkənin NATO-ya üzv qəbul olunması üçün protokola imza atacaq.
Bu barədə ölkənin xarici işlər naziri Nikola Dimitrov məlumat verib.
O, sənədin daha sonra NATO ölkələrinin parlamentləri tərəfindən təsdiq olunacağını diqqətə çatdırıb. pizza sifarişi
Qeyd edək ki, bu gün Skopyeyə gələn Litvanın xarici işlər naziri Linas Linkyaviçyusla makedoniyalı həmkarı Avro-Atlantika İnteqrasiya Mərkəzinin konfransında iştirak ediblər.
“Bu həftə, yaxud gələn həftənin əvvəlində NATO-ya daxil olmaq barədə protokol imzalanmalıdır. Sonra da Yunanıstan parlamentinə təsdiq olunması üçün qaytarılmalıdır. Ümidvaram ki, dostlarımız, birinci olaraq da Litvadakılar öz qanunyaradan məclislərində protokolu təsdiq edərlər”, - makedoniyalı nazir jurnalistlərə bildirib.
Bundan əvvəl Makedoniya parlamenti ölkə adının dəyişdirilməsini təsdiq etmişdi.
Telegram kanalımız