Fransa prezidenti Emmanuel Makron cinsi qısnamada ittiham olunan aktyor Jerar Depardyenin müdafiəsinə qalxdığı üçün tənqid hədəfinə çevrilib.
Yenisabah.az xəbər verir ki, Makron özünü “böyük aktyor”un “böyük pərəstişkarı” adlandırıb. Prezident deyib: "O, Fransanın fəxridir".
Makronun şərhi bu ayın əvvəlində yayımlanan sənədli filmdə 16 qadının Depardyeni cinsi təcavüzdə ittiham etməsindən sonra səslənib. Dördpendirli pizza
Qeyd edək ki, sənədli filmlə yanaşı, ispan jurnalist və yazıçı Rut Baza 1995-ci ildə Parisdə müsahibə zamanı ona cinsi təcavüz edən Depardyedən şikayət edib.
74 yaşlı Depardye aktrisa Şarlotta Arnonu zorlamaqda da ittiham olunur.
Telegram kanalımız