"Fransa və digər Qərb ölkələri Rusiyanı məhv etmək niyyətində deyillər".
Yenisabah.az CBS-yə istinadla xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, Moskva müəyyən inciklik hiss edir və ruslar hesab edir ki, Qərb dövlətləri Rusiyanı məhv etməyə çalışır: Sezar pizza
“Məncə, bu, bizim arzumuz deyil. Bizim Fransada heç vaxt belə bir arzumuz olmayıb. Üstəlik, mədəni və tarixi baxımdan yaxın münasibətlərimiz var. Biz isə həmişə Rusiya xalqına hörmətlə yanaşmışıq”.
Xatırladaq ki, daha əvvəl CBS telekanalı ilə söhbətində Makron Rusiya prezidenti Vladimir Putinlə birbaşa təmasda olduğunu, habelə bunun əməkdaşlığın bərpasının ən yaxşı yolu olduğuna inandığını bildirib.
Telegram kanalımız