Makrona şillə vuran şəxsin cəzası bəlli oldu
10 İyn 2021 23:19
835

Makrona şillə vuran şəxsin cəzası bəlli oldu

Valans məhkəməsi Fransa prezidenti Emmanuel Makrona şillə vurmuş Demyen Tarel barəsində hökm verib.

“RİA Novosti” BFMTV telekanalına istinadən məlumat verir ki, o, dörd ay müddətində azadlıqdan məhrum edilib.

Tarelin müdafiəçiləri 10 gün ərzində məhkəmə qərarından şikayət verə bilər.

Xatırladaq ki, insident prezidentin Drom regionuna səfəri zamanı baş verib.

Dövlət başçısı yerli sakinlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. Bu zaman kütlə arasında olan Damyen ona nəsə deyərək üzünə şillə vurub.

Fransalı siyasi və ictimai xadimlər Tarelin bu hərəkətini qınayıb, Makron özü isə məsələni şişirtməməyə çağırıb və sakinlərlə görüşlərini davam etdirəcəyini bildirib./Oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər