Maliyyə Nazirliyi banklara 73 milyon manat yerləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

Maliyyə Nazirliyi banklara 73 milyon manat yerləşdirdi

İqtisadiyyat

10 İyul 2026 15:51 56


Maliyyə Nazirliyi sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə depozit hərracı keçirib.

 “Yeni Sabah” xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi məqsədilə xəzinə hesabının milli valyutada olan qalıqlarının yerli banklarda yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edib.

Hərracın əsas nəticələri, yerləşdirilən məbləğ 73 milyon manat, müddət 28 gün, orta çəkili faiz dərəcəsi 7.24% təşkil edir. Pepperoni pizza

İştirakçı kimi ölkənin 4 kommersiya bankı da yer alıb.

Bu addım xəzinə qalıqlarının effektiv idarə olunması ilə yanaşı, bank sektorunun likvidlik ehtiyaclarının tənzimlənməsinə də dəstək xarakteri daşıyır.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!