Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarə olunmasında şəffaflığı artırmaq məqsədilə mühüm bir yeniliyə imza atıb. Nazirlik tərəfindən ilk dəfə olaraq, Azərbaycan Respublikasının 2025-ci il dövlət və icmal büdcələrinin icrasını əks etdirən “Vətəndaşın büdcə bələdçisi” nəşr edilib.
“Yeni Sabah” Maliyyə Nazirliyinə istinadən bildirir ki, nəşrin əsas məqsədi mürəkkəb rəqəmlərdən ibarət büdcə hesabatlarını hər bir vətəndaş üçün daha anlaşılan etməkdir. Bələdçidə aşağıdakı mühüm məlumatlar sadə və rəvan dildə təqdim olunub:
Gəlir və xərclər: Dövlət vəsaitlərinin hansı mənbələrdən formalaşdığı və hansı sahələrə xərcləndiyi; Toyuqlu pizza
Makroiqtisadi göstəricilər: Ölkə iqtisadiyyatının ümumi mənzərəsi və aparılan maliyyə islahatları;
Prioritet istiqamətlər: Büdcə vəsaitlərinin müdafiə və təhlükəsizlik, sosial müdafiə və əhalinin rifahı, rəqəmsal transformasiya, eləcə də işğaldan azad edilmiş ərazilərdə bərpa-yenidənqurma işlərinə necə yönəldildiyi.
Maliyyə Nazirliyindən verilən məlumata görə, bu sənəd beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də nüfuzlu Açıq Büdcə Sorğusunun (Open Budget Survey) metodologiyası və tələbləri əsasında hazırlanıb.
“Vətəndaşın büdcə bələdçisi” dövlət maliyyəsinin idarə olunmasında hesabatlılığın təmin edilməsi və cəmiyyətin məlumatlılıq səviyyəsinin artırılması istiqamətində atılan ən mühüm addımlardan biridir. Sənəd hər bir vətəndaşa dövlət büdcəsinin icrası barədə dolğun və aydın təsəvvür yaratmağa xidmət edir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız