Maliyyə Nazirliyinin bəzi səlahiyyətləri alındı

Maliyyə Nazirliyinin bəzi səlahiyyətləri alındı
May 15, 2019
Oxunma sayı: 218

Prezident İlham Əliyev bir sıra fərmanlara dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” Prezidentinin 1996-cı il 20 dekabr tarixli 527 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasında “Maliyyə Nazirliyinə” sözləri “Vergilər Nazirliyinə” sözləri ilə əvəz edilib.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezidentin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanının 2.5-ci bəndində “Maliyyə Nazirliyi” sözləri “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilib.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Prezidentinin 2009-cu il 29 may tarixli 97 nömrəli Fərmanının 2.8-ci bəndində “Maliyyə Nazirliyi” sözləri “Vergilər Nazirliyi” sözləri ilə əvəz edilib.

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının 3-cü hissəsi ləğv edilib.

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1228-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Prezidentin 2015-ci il 3 aprel tarixli 497 nömrəli Fərmanının 3-cü hissəsi ləğv edilib.