Manaf Ağayev əsgərlərin toyunda pulsuz oxuyacaq -   Video

saytların hazırlanması

Evə çatdırılma

Manaf Ağayev əsgərlərin toyunda pulsuz oxuyacaq - Video

Şou

18 Noyabr 2020 17:22 4587


Sosial şəbəkələrdə bir neçə əsgərimizin tanınmış müğənnilərə salam göndərməsinə dair videolar yayılıb. Həmin videogörüntülərdə hərbçilərimiz bəzi müğənnilərə səmimi ürək sözlərini çatdırıblar.

Yenisabah.az xəbər verir ki, müğənni Manaf Ağayev həmin kadrları gördükdən sonra sosial şəbəkə hesabında açıqlama verib. İfaçı videodakı əsgərlərin toyunda pulsuz oxumağa hazır olduğunu deyib:

"Bugünlərdə sosial şəbəkələrdə əsgərlərimizin bir videosunu gördüm. Videoya mən də münasibət bildirmək istəyirəm. Mən şəxsən öz adımdan deyirəm videoda olan əsgərimizin toyunda iştirak etməyə canla-başla hazıram. Təki sağ salamat evlərinə dönsünlər əsgərlərimiz. Yaşasın Ordumuz! Yaşasın Azərbaycan!". pizza mizza

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!