AZCON Holdinq şirkətlərindən olan “Azərpoçt” MMC-də yüksək vəzifələrə təyinatlar olub.
“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, bununla bağlı qurumun İdarə heyətinin sədri Manaf Babayev müvafiq əmrlər imzalayıb.
Belə ki, "Azərpoçt"un 1 saylı poçt filialına yeni rəhbər təyin edilib. Bu vəzifə Nərmin Mehdizadəyə həvalə olunub. Toyuqlu pizza
Eyni zamanda Rövşən Quliyev qurumda Məhkəmə və dövlət qurumları ilə iş şöbəsinin rəhbəri, İlkin Məmmədov isə, daxili auditor təyin edilib.
Qeyd edək ki, N.Mehdizadə 2015-ci ildən "Azərpoçt"da çalışır. O, 2015-2017-ci illərdə qurumda əməliyyatlar üzrə menecer, 2017-2026-cı illərdə isə, departament rəhbəri olub.
R.Quliyev 2023-cü ildən "Azərpoçt"da çalışır. O, 2023-2024-cü illərdə şirkətdə hüquqşünas, 2024-cü ildə aparıcı hüquqşünas, 2024-2026-cı illərdə isə baş hüquqşünas vəzifələrində çalışıb.
İ.Məmmədov isə, 2025-ci ildə "Azərpoçt"da kiçik daxili auditor olaraq işə götürülüb.
Xatırladaq ki, bu ilin aprel ayında “Azərpoçt”un rəhbəri dəyişib. Qurumun idarə heyətinin sədri İsi Mustafayev vəzifəsindən ayrılıb və onun yerinə Manaf Babayev sədr təyin edilib. M.Babayevin gəlişindən sonra qurumda kadr dəyişiklikləri başlayıb. Belə ki, "Azərpoçt"un İdarə heyətinin sədrinin müavinləri Xəyyam Əlizadə və Elgün Rəsulov, İdarə heyətinin üzvü Çingiz Qurbanov işdən çıxıb. Bundan sonra “Azərpoçt”un İdarə heyətinin tərkibi yenidən formalaşdırılıb. Fərid Sadıqzadə, Lalə Quliyeva, Şaiq Qəribzadə və Mikayıl Xəlilov qurumun İdarə heyətinin üzvləri təyin edilib. Paralel olaraq Musa Xudiyev Manaf Babayevin müşaviri vəzifəsinə gətirilib.
Telegram kanalımız