Manaf həbsdən çıxandan sonra onları sildi

saytların hazırlanması

Evə çatdırılma

Manaf həbsdən çıxandan sonra onları sildi

Şou

29 Mart 2022 19:10 465


Müğənni Manaf Ağayevlə Əməkdar artist Vasif Məhərrəmli arasındakı mübahisə daha da böyüyüb. 

Yenisabah.az xəbər verir ki, Manaf Vasifi instaqram hesabında izləmədən silib. V.Məhərrəmli də ona eyni addımla cavab verib. Hətta V.Məhərrəmli həmkarı həbs olunan zaman ona dəstək üçün etdiyi paylaşımı da səhifəsindən silib. 

Manafın izləmədən sildiyi digər bir ifaçı dostu isə Mətanət Əsədova olub.  pizza mizza

Qeyd edək ki, M.Ağayev açıqlamasında Vaifdən küsdüyünü açıqlayıb. "Səhər mərkəzi" verilişində Manafa "Güvəndiyim dağlar, sənə də qar yağarmış" atalar sözünü hansı sənət adamına şamil edəcəyi deyilib. Ona Vasif Məhərrəmli, Afət Fərmanqızı və Mətanət Əsədovanın adı təqdim edilib.  

"Hamısına... Amma birinin adını çəkirəmsə Vasif Məhərrəmli" deyə, müğənni cavab verib.

Xatırladaq ki,  Manaf Ağayev bir müddət əvvəl Füzuliyə qanunsuz səfər etməsi səbəbiylə 15 sutka həbs edilmişdi. Sənətçi başına gələn həmin hadisədən sonra bir çox sənət adamının onu məyus etdiyini söyləyib. Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!