Əməkdar artist Manana Çaparidze 4 aydır övladlarını görə bilmədiyini deyib.
Yenisabah.az xəbər verir ki, Xəzər telekanalında yayımlanan "5/5" verilişinin qonağı olan Manana karantin səbəbində nə yoldaşını, nə də övladlarını görmədiyini bildirib:
"Sərhəd açılan kimi Gürcüstana gedəcəm. 4 aydır uşaqlarımı "skype"dan görürəm. Çətindir... "Laylay" oxuyuram, gecə-gündüz danışırıq. Yeməyi də birlikdə yeyirik, rəqs edirik". Pepperoni pizza
İfaçı bir dəfə Gürcüstana getmək istəsə də sərhəddən onları geri qaytardıqlarını deyib: "Getmək istədim, amma qoymadılar. Dedilər, Manana xanım, olmaz, anamla geri döndük".
Telegram kanalımız