“Manatlıq” taksilər də qiyməti qaldırır...   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Manatlıq” taksilər də qiyməti qaldırır... - Video

Sosial

03 Fevral 2023 15:12 1370


Tarif Şurasının qərarına əsasən fevral ayının 3-dən etibarən müntəzəm şəhərdaxili marşrutlarda və metroda gediş haqı 40 qəpik, şəhərətrafı və qəsəbələr arası fəaliyyət göstərən avtobus marşrutlarında isə qiymət, məsafədən asılı olaraq 0.40-1 manat olub.  

İctimai nəqliyyatda gediş haqqının artırılmasından sonra sosial şəbəkələrdə bu qərarın taksi xidmətlərinə, xüsusi ilə də insanların ən çox istifadə etdikləri “manatlıq” taksilərə şamil olunub-olunmayacağı ilə bağlı müzakirələr gedir. 

Yenisabah.az xəbər verir ki, “ATV XƏBƏR” mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.  Pepperoni pizza

Aparılan araşdırmadan məlum olur ki, müzakirələr əsassız deyil. “Manatlıq” taksi xidməti ilə məşğul olan sürücülər qiymət artımında maraqlıdırlar. 

Vətəndaşlar isə yanacağın qiymətində hər hansı artımın olmamasını əsas gətirərək, taksilərdə gediş haqqının qaldırılmasını düzgün hesab etmirlər. 

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz mütəxəssislər də vətəndaşlardan fərqli düşünmürlər. Onlar bildirirlər ki, taksi xidmətlərində gediş haqlarının artırılması üçün heç bir əsas yoxdur. Bu qərar yalnız ictimai nəqliyyata şamil edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!