Maraqlı FAKT! Azərbaycanda hakim özü barəsində qərar qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Maraqlı FAKT! Azərbaycanda hakim özü barəsində qərar qəbul etdi

Hadisə

05 May 2025 12:14 1974


Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva ona böhtan atıldığını iddia edərək məhkəməyə müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, o, adı açıqlanmayan şəxs barəsində Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verib.

İşə hakim Əliyeva Gülsüm Kamal qızı baxmalı idi. Lakin o, şikayətçinin məhkəmə sədri olduğunu əsas gətirərək özü-özünə etiraz edib – yəni işə baxmaqdan imtina edib. Dominos pizza

Hüquqi prosedura görə, qərara məhkəmə sədri özü baxmalıdır. Gülnar Səfərəliyeva isə bildirib ki, iş özünə aid olduğu üçün qərar verə bilməz.

Beləliklə, Gülnar Səfərəliyeva özü barəsində qərar qəbul edib və həm iş, həm də etiraz Naxçıvan Ali Məhkəməsinin cinayət kollegiyasına göndərilib.

Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!