Mariya Stadnik Bakıda olimpiadaya lisenziya qazana bilmədi

saytların hazırlanması

Evə çatdırılma

Mariya Stadnik Bakıda olimpiadaya lisenziya qazana bilmədi

İdman

06 Aprel 2024 20:23 1191


Azərbaycanın daha bir qadın güləşçisi Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı idmançı Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında məğlub olub.

Onqat Avropa və ikiqat dünya çempionu olimpiadaya lisenziya uğrunda görüşdə ukraynalı Oksana Livaça uduzub. 26 yaşlı Avropa çempionu təmsilçimiz üzərində 4:2 hesablı qələbə qazanıb. Dominos pizza

Qeyd edək ki, daha əvvəl Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) təsnifat mərhələsində məğlub olaraq mübarizəni dayandırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!