Rusiya və Gürcüstan xalqları artıq bir-biri üçün darıxıb və viza rejiminin ləğv edilməsi çoxdan gözlənilən bir addım idi.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS agentliyinə verdiyi müsahibəsində bildirib.
"Düşünürəm ki, Gürcüstan nümayəndə heyətini bu məkanda (Beynəlxalq Gənclər Festivalında) ilk dəfə deyil ki, görürsünüz. Bəli, bizim rəsmi diplomatik münasibətlərimiz mövcud deyil, lakin buna baxmayaraq, iqtisadiyyat, ticarət və humanitar sahələrdə əlaqələrimiz aktiv şəkildə inkişaf edir. Nəhayət ki, - bu məqamda "alleluya" sözünü işlədəcəm, çünki bu, çoxdan gözlənilən bir hadisə idi - viza məhdudiyyətləri aradan qaldırıldı. Əgər əvvəllər bu foruma yalnız Gürcüstandan gələn kiçik qruplar, xüsusi nümayəndə heyətləri qatıla bilirdisə, indi bu ölkənin hər bir sakini, hər bir vətəndaşı bu imkandan yararlana bilər. Biz hər kəsi gözləyirik. Biz həqiqətən də darıxmışıq. Ən uyğun söz budur: biz bir-birimiz üçün darıxmışıq ", - deyə, o, forumda müxtəlif ölkələrin geniş təmsil olunmasının əhəmiyyəti barədə sualı cavablandırarkən qeyd edib. Marqarita pizza
Zaxarova rusiyalılar üçün Gürcüstanda turizm istiqamətinin açıq olduğunu və inkişaf etdiyini də vurğulayıb. "Orada bizimkiləri necə qarşılayırlar, necə yüksək səviyyəli xidmət göstərirlər. Eyni sözləri Rusiya haqqında da deyə bilərəm. Biz həm turist axınını, həm də beynəlxalq tədbirlər platformaları da daxil olmaqla, istənilən digər humanitar, iqtisadi və biznes məqsədli səfərləri səbirsizliklə gözləyirik", - deyə o izah edib.
Rusiyalı diplomat Gürcüstan nümayəndə heyəti ilə ünsiyyətdə olduğunu, həmçinin Gürcüstanı təmsil edən jurnalistlərin ona suallar ünvanladığını diqqətə çatdırıb. "Biz sülh niyyəti ilə müraciət edənlərin qarşısında heç vaxt sədd çəkməmişik və maneələr yaratmamışıq. İstər qeyri-dost rejimləri olan ölkələrin nümayəndələri, istərsə də müttəfiqimiz olan dövlətlərin təmsilçiləri olsun, heç bir zaman hər hansı bir ayrı-seçkilik tətbiq edilməyib", - deyə o bildirib./Oxu.az
Telegram kanalımız