"Mart ayında xüsusi qrant müsabiqəsi elan edilə bilər".
Yenisabah.az xəbər verir ki, bu sözləri yanvarın 23-də Holiday İnn otelidə “Qlobal iqlim dəyişmələri və Azərbaycan. Vətəndaş cəmiyyəti və vətəndaşlar nə edə bilər” mövzusunda keçirilən konfransda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
Aygün Əliyeva bildirib ki, ekologiya və ətraf mühit məsələsi QHT Agentliyi üçün prioritet sahələrdəndir. pizza mizza
"Ölkəmiz bu il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bütün bunları nəzərə alaraq QHT Agentliyi tərəfindən bu ilin mart ayında xüsusi qrant müsabiqəsinin elan edilməsi gözlənilir".
Telegram kanalımız