Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbərliyi, ölkənin bəzi siyasi xadimlərinin açıqlamalarına baxmayaraq, Ermənistanı təşkilatın tamhüquqlu üzvü hesab etməyə davam edir.
"Yeni Sabah" xəbər verir ki, bunu KTMT-yə üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının iclasından sonra KTMT-nin baş katibi Taalətbek Masadıkov bildirib.
"Bu məsələ iclasda müzakirə olunmayıb. Hesab edirəm ki, bu, siyasi məsələdir və bu günə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı KTMT-nin tamhüquqlu üzvü hesab edir. Ermənistan Respublikası tərəfindən başqa heç bir bəyanat və ya qərar qəbul edilməyib. Ermənistanda və digər ölkələrdə siyasi xadimlərin seçkilərdən əvvəl və ya sonra səsləndirdiyi ritorika fərqlidir", - baş katib qeyd edib. Dördpendirli pizza
Telegram kanalımız