Masallı və Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələndi - Foto
03 Avq 2020 20:35
341

Masallı və Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələndi - Foto

Masallı və Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Masallı və Cəlilabad Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən qapalı məkanlarda təşkil olunan reyd zamanı gigiyenik vasitələrdən istifadənin zəruriliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Xüsusilə market və digər ticarət obyektlərində keçirilən tədbirlər zamanı vətəndaşların əksəriyyətinin tibbi maska ilə bağlı tələbə riayət etdiyi görünsə də, qaydalara, özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik göstərənlərə də rast gəlinib.

Reyd zamanı müştərilərlə yanaşı bəzi satıcıların da tibbi maskadan istifadə etmədiyi aşkar olunub. Bəzi şəxslərin isə tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən edilib. Onlarla profilaktik söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib.

Polis əməkdaşları tərəfindən edilən profilaktik söhbətlərə və xəbərdarlıqlara rəğmən qaydaları pozan şəxslər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və onlar cərimələniblər.

Masallı və Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələndi - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər